top of page

Aqrobiznes

Agriculture

Pomidor istehsalından tutmuş fındıq, pambıq, taxıl, bioenerji və digərlərinə qədər aqrobiznes Azərbaycan iqtisadiyyatının ayrılmaz bir hissəsidir. Aqrobiznes sənayesi Azərbaycanda vergi və gömrük güzəştləri və subsidiyalar kimi üstünlüklərdən yararlana bilər. Bununla belə, aqrobiznes rəqabətdən, artan qiymətlərdən və xərclərin strukturlaşdırılması tələblərindən sığortalanmayıb. Bu problemləri aradan qaldırmaq və inkişaf etmək üçün Sizə aqrobiznes üzrə çoxşaxəli bacarıqlara malik bir firmaya ehtiyacınız var. VLM öz təcrübəli komandası ilə bu ehtiyacınızı qarşılamağa hazırdır.

 

Biz kənd təsərrüfatının hüquqi aspektləri üzrə çoxillik təcrübəmizə güvənərək, kiçikdən böyüyə bütün kənd təsərrüfatı müəssisələrinə dəstək ola bilərik. Biz bundan öncə Azərbaycanın tanınmış aqrobiznes brendləri üçün xidmət göstərmiş, onlara birgə müəssisələrin yaradılmasında, torpaq qanunvericiliyi ilə bağlı risklərin azaldılmasında və başqa hüquqi problemlərin həllində yardım etmişik.

 

Bizə bu istiqamətlər üzrə güvənə bilərsiniz:

1. Tam hüquqi autsorsinq;

2. Lisenziyaların əldə olunmasında dəstək;

3. Torpaqların əldə olunması və icarəsində hüquqi dəstək;

4. Vergi və gömrük azadolmalarının əldə edilməsinə dəstək;

5. Qida obyektlərinin qeydiyyatı və qida təhlükəsizliyi qaydalarına tam riayət;

6. Biznesin yenidən təşkili;

7. Kommersiya hüququ üzrə xidmətləri, hədəf müəssisələrin və satıcıların hüquq və vergi yoxlamasının həyata keçirilməsi;

8. Korporativ və Əqli Mülkiyyət məsələləri;

9. Bütün növ alğı-satqı, xidmət, təchizat, lisenziya, françayzinq, icarə müqavilələrinin, habelə digər müqavilələrin razılaşdırılması, hazırlanması və nəzərdən keçirilməsi;

10. Məhkəmə və Mübahisələrin həlli;

11. Vergi, Əmək və Miqrasiya məsələləri;

12. İsehlakçı hüquqlarının qorunması məsələləri və s.

bottom of page