top of page

Bank və Maliyyə

ATM keypad

Biz yerli və beynəlxalq bankların, beynəlxalq maliyyə təşkilatlarının, investisiya şirkətlərinin, bank olmayan kredit təşkilatlarının və sığorta şirkətlərinin bank işi, qiymətli kağızlar, investisiya və maliyyə hüququnun müxtəlif sahələri üzrə məsləhətçiləri olmaqla qürur duyuruq.

 

Mütəxəssislərimiz banklara mürəkkəb korporativ və prudensial uyğunluq məsələləri üzrə müvəffəqiyyətlə məsləhətlər vermiş və beynəlxalq əməliyyatlar üzrə onların kənar hüquqi məsləhətçiləri kimi fəaliyyət göstərmişlər. Tərəfimizdən ən son göstərilmiş xidmətlərə  bir yerli investisiya şirkətinin mühüm iştirak payına malik səhmdarlarının dəyişməsi və  yerli sığorta brokerlərindən birinin Qazaxıstandakı investisiya layihəsi ilə əlaqədar bütün hüquqi aspektlər üzrə dəstəklənməsi daxildir.

Biz maliyyə təşkilatlarını, aşağıdakılar da daxil olmaqla, bütün növ hüquq xidmətləri ilə təmin etməyə hazırıq:

1. Bank və Maliyyə hüququ məsələləri;

2. Qiymətli kağızlar və kapital bazarları;

3. Hədəf müəssisələrin və satıcıların hüquq və vergi yoxlamasının həyata keçirilməsi;

4. Hüquqi Komplayens, o cümlədən çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə qaydaları;

5. Məlumatların mühafizəsi və məxfilik hüququ üzrə məsələlər;

6. Ödənişlər və valyuta tənzimləmələri;

7. Müqavilə və Biznes Hüququ;

8. Korporativ Hüquq;

9. Mübahisələrin Həlli və Məhkəmə;

10. Əmək və Miqrasiya məsələləri;

11. Lisenziyalaşdırma;

12. Birləşmələr və Qoşulmalar;

13. Layihələrin Maliyyələşdirilməsi və s.

Ünvan

Marine Plaza 3-cü mərtəbə, Üzeyir Hacıbəyli küçəsi 62, AZ 1010, Bakı, Azərbaycan

Elektron poçt

Telefon

+994 10 256 73 56

  • Facebook
  • LinkedIn

VLM Azərbaycan Respublikasının qanunvericiliyi əsasında məhdud məsuliyyətli cəmiyyət kimi təsis edilmiş VLM and Partners-i bildirir.

©2024 VLM and Partners.  Bütün hüquqlar qorunur.

bottom of page