Karyera
Biz, Azərbaycanda sürətlə genişlənən peşəkar komandaya malik qabaqcıl hüquq firmalarından biriyik. Fəaliyyətimizi günü-gündən genişləndirməklə istedadlı şəxsləri aramızda görməkdə maraqlıyıq. VLM bacarıqlı gənc professionalları və karyerasına yeni başlayanları komandamıza qoşulmağa dəvət edir.
Niyə VLM and Partners-də Çalışmalı?
VLM inklüziv, hörmətə əsaslanan və inkişafı təşviq edən bir iş mühiti yaradır. Biz, davamlı təlimlərlə öz komandamızı bugünün hüquqi mühitindən əlavə, gələcəyin çətinlikləri üçün hazırlayır, onların inkişaf edən bazar və texnoloji dəyişikliklər qarşısında hazırlıqlı olmasını təmin edirik.
Bizim əməkdaşlarımız beynəlxalq müştərilərlə işləmək şansı əldə edərək beynəlxalq bacarıqlarını inkişaf etdirir və qlobal bazarın fərqli yönlərini təcrübə edirlər.
Biz qürur hissi ilə gənc əməkdaşlara mentorluq edərək onların qlobal bazarlara yön verəcək bacarıqlara malik, öndə gələn hüquq və vergi mütəxəssisləri olması üçün çalışırıq.
VLM-ə qoşulmaqla Siz, gender bərabərliyinin sadəcə bir öhdəlik deyil, bir təməl olduğu iş mühitinin parçası olursunuz. Firmamız aktiv şəkildə bərabər iş mühitini formalaşdırır, qadın mütəxəssislərin aktiv iştirakı və inkişafını dəstəkləyən bir atmosfer yaradır. Qarşılaşdığımız mürəkkəb tapşırıqların gətirdiyi tələblərə baxmayaraq, heyətimiz sosial tədbirlərdə aktiv iştirak etməklə və dürüstlük, effektivlik, ortaq komanda işini ehtiva edən korporativ mədəniyyətə sahib olmaqla balansı təmin edir.
Əsas Üstünlüklər
-
Müxtəlif fəaliyyət sahələri və fərqli biznes sektorlarında əhəmiyyətli təcrübə;
-
Açıq fikirli və dinamik mühitdə işləmək;
-
Rəhbər mütəxəssislərin davamlı dəstəyi;
-
Bazar tələblərinə uyğun maaş;
-
Peşəkar və sosial bacarıqlar əldə etmək.
Daha yaxşı gələcək qurmaq üçün bizə qoşul!
Fərdi İnkişaf
Biz, VLM olaraq, həyat boyu öyrənmə prinsipinə inanırıq. Bu nöqteyi-nəzərdən, biz komanda üzvlərimiz üçün fərdi inkişaf məqsədləri müəyyən edir və onları təlim proqramları və kurslarda iştirak üçün yönləndirir və təşviq edirik. VLM-in işçi yönümlü strategiyasının nəticəsi olaraq, əməkdaşlarımızın bir çoxu firmamızdakı uğurlu fəaliyyətləri ilə yanaşı, təhsil həyatlarında və akademik karyeralarında da uğur qazanıblar.
Komanda yoldaşımız olmağa ideal namizədlər irəli səviyyə peşəkar bacarıqlara və yüksək şəxsi keyfiyyətlərə malik şəxslərdir. Ayrı-ayrı vəzifələrin tələb etdiyi spesifik xüsusiyyətlərlə yanaşı, yaxşı akademik göstəricilər, yüksək ünsiyyət bacarıqları və yaradıcı, nəticə yönümlü düşüncə tərzi namizədlərdə axtardığımız əsas cəhətlərdir.