İstehlak Bazarları
VLM dünyanın bir çox nüfuzlu brendlərinin, lüks malların və avtomobillərin istehsalçıları, qida və içki istehsalçıları, istehlak malları istehsalçıları, topdansatış şirkətləri və pərakəndə satıcılara xidmətlər göstərir və onlara istehlak, pərakəndə satış, avtomobil, istirahət və digər sektorların bütün aspektləri üzrə məsləhətlər verir.
Hüquqşünaslarımız antiinhisar və haqsız rəqabət, vergi, korporativ və digər bütün hüquqi sahələrdə dərin təcrübələrinin köməyi ilə müştərilərə effektiv hüquqi həllər təklif edir.
Bizim müştərilərə təqdim etdiyimiz peşəkar xidmətlərə bunlar daxildir:
(i) müştərilərin qida təhlükəsizliyi qaydalarına riayət etməsini təmin etmək;
(ii) istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı qaydalara riayət etməkdə müştərilərə bələdçilik etmək;
(iii) istehlakçıların hüquqlarının müdafiəsi və antiinhisar orqanlarının yoxlamaları və araşdırmaları zamanı müştəriləri təmsil etmək;
(iv) haqsız rəqabət, rəqabət əleyhinə razılaşmalar və hakim mövqedən sui-istifadə ilə əlaqədar məsləhətlərin verilməsi;
(v) rəqabətlə bağlı mübahisələrin həllində təmsilçilik;
(vi) məhsulların müqavilələri, etiketləri, reseptləri, siyasətləri və digər sənədlərinin rəqabət qanunvericiliyinə uyğunluğunun təhlili;
(vii) müəssisələrdə rəqabət qanunvericiliyinə riayət olunmasının yoxlanılması, daxili sənədlərin hazırlanması və daxili uyğunluq prosedurlarının həyata keçirilməsi;
(viii) təbii inhisarlar və tariflərin tənzimlənməsi ilə əlaqədar xidmətlər;
(ix) məhsulun paylanması və istehsalı ilə bağlı rəqabət aspektləri və s.