Müqavilələr
Hansısa bir gözlənilməz mübahisə və ya təhdiddən uzaq olmaq üçün tərəfdaşlarla müqavilə bağlamazdan əvvəl peşəkar dəstək almaq ən ağıllı seçimdir. VLM sizə bu cür dəstəyi göstərməyə hazırdır.
Biz müştərilərimizin ehtiyaclarını və gözləntilərini qarşılamaq üçün əhatəli müqavilələr tərtib edir və bütün müqavilə prosedurları boyunca müştərilərimizə bələdçilik edirik. Xidmətlərimiz, eyni zamanda danışıqlar prosesində yardım və müqavilələrdən irəli gələn mübahisələr zamanı tam hüquqi dəstək göstərilməsini də əhatə edir.
Mütəxəssislərimiz Sizin mövcud şəraitinizi və özünəməxsus ehtiyaclarınızı diqqətlə təhlil edir və gələcəkdə mümkün hüquqi risklərin qarşısını almaq üçün lazım olan aydın müddəaları müqavilələrə daxil edir. Biz, Sizin öhdəliklərinizi icra etməyiniz və işgüzar əlaqələrinizi qoruyub saxlamağınız məqsədilə müqavilələr üzrə öhdəliklərinizi tam anlamağınızı təmin edirik.
Biz müxtəlif biznes sektorlarında uğurlu təcrübəmizə əsasən hər bir xüsusi biznes modelinin necə işlədiyini, bizneslərin müqavilə risklərini necə azalda və defoltdan necə qurtula biləcəyini bilirik.
Komandamız aşağıdakıların tərtibi, razılaşdırılması və nəzərdən keçirilməsində Sizə dəstək olacaq:
-
Niyyət Məktubları və Razılaşma Memorandumları;
-
Tərəfdaşlıq və Birgə Fəaliyyət Müqavilələri;
-
Təsisçi Müqavilələri və Pay Alğı-Satqısı Müqavilələri;
-
Distribütor və Françayzinq Müqavilələri;
-
Borc və Girov Müqavilələri;
-
Müxtəlif növ Neft-qaz Xidmət Müqavilələləri;
-
Proqram Təminatı Lisenziya Razılaşmaları da daxil olmaqla, Əqli Mülkiyyət Lisenziya Müqavilələri;
-
İstifadəçi Müqavilələri və İstifadə Şərtləri;
-
İdarəetmə Müqavilələri;
-
Tikinti və Texniki Xidmət Müqavilələri;
-
Məxfilik və Məlumatların Açıqlanmaması haqqında Müqavilələr;
-
Broker və Agent Müqavilələri;
-
Alğı-satqı və İcarə Müqavilələri;
-
Xidmət və Əmək Müqavilələri və digər bir çox müqavilələr.
Biz həmçinin müqavilələr üzrə öhdəliklərin icra olunmaması hallarında müştərilərimizin maraqlarını kontragentlər qarşısında təmsil və mühafizə edirik.