top of page

Korporativ Hüquq

Buildings from Below

Biz dəfələrlə mürəkkəb daxili və transsərhəd korporativ əməliyyatların icrasına cəlb olunmuşuq. Məhz uğurlu işlərimiz, təcrübəmiz və xarici hüquq firmaları ilə sıx əlaqələrimiz bizə ayrı-ayrı ölkələrdə xüsusi bilik və təcrübə tələb edən layihələri uğurla tamamlamağa imkan verir.

 

Biz müştərilərə korporativ hüququn bütün aspektləri üzrə məsləhətlər veririk. Xidmətlərimiz, digər məsələlərlə yanaşı, bunları da əhatə edir:

 

(i) Azərbaycanda istənilən təşkilati-hüquqi formada yaradılacaq qurumların, o cümlədən məhdud məsuliyyətli və səhmdar cəmiyyətlərinin (səhmləri birjada ticarət olunanlar da daxil olmaqla), xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin qeydiyyatı;

(ii) müxtəlif ölkələrdə birgə müəssisələrin yaradılması;

(iii) korporativ dəyişikliklərin qeydiyyatı (məsələn, səhmdarların strukturunda, nizamnamə kapitalında və s. dəyişiklik);

(iv) ləğvetmə.

VLM-in korporativ hüquq üzrə fəaliyyəti səhmdarların (iştirakçıların) hüquqlarının effektiv mühafizəsini də ehtiva edir. Bizim komandamız təsisçi müqaviləsinin tərtibindən tutmuş mənfəətin bölüşdürülməsinədək səhmdarların (iştirakçıların) maraqlarını qoruyur. Xüsusilə, biz xarici investorların təmsilçisi qismində çıxış edə və onların Azərbaycan müəssisələrindəki səhmləri və payları ilə bağlı maraqlarını təmsil edə bilərik.

Biz məhdud məsuliyyətli cəmiyyətlərin və səhmdar cəmiyyətlərinin direktorlar şuralarının/səhmdarlarının iclaslarını bütün hazırlıq prosesini icra edə və iclaslara rəhbərlik edə bilərik. Komanda üzvlərimiz bu cür iclaslarda həm də korporativ katib qismində çıxış edir.

VLM, həmçinin korporativ idarəetmə və normativlərə uyğunluq məsələləri üzrə hüquqi həllər təqdim edir. Peşəkar mütəxəssislərimiz şirkətiniz üçün ən effektiv idarəetmə və nəzarət strukturunu yaradaraq həm çevikliyi, həm də şəffaflığı təmin edir. Komandamız biznesinizə uyğunlaşdırılmış korporativ idarəetmə və uyğunluq sənədlərinin layihələrini hazırlamaqda Sizə məmnuniyyətlə dəstək  göstərməyə hazırdır.

Beləliklə, VLM bütün növ korporativ məsələlər üzrə hüquqi məsləhət verir və korporativ mübahisələrdə müştərilərə dəstək göstərir.

bottom of page