top of page

Mübahisələrin Həlli

Judge's Table

Biz peşəkar hüquqşünaslardan ibarət komandaya malik olmaqla, Azərbaycanın bütün məhkəmə instansiyalarında müştərilərimizi təmsil edir və mübahisələrin barışıq yolu ilə həlli üçün danışıqlar prosesində müştərilərimizə məsləhət və hüquqi yardım göstəririk.

 

VLM müştərilərinə riskləri idarə etməyə və mümkün qədər mübahisələrin məhkəməyə qədər uzanmasından yayınmağa kömək edir. VLM mübahisələrin həlli yolları ilə bağlı məsləhətçilik və təmsilçiliyinin bütün mərhələlərində müştərilərə kommersiya məqsədlərinə çatmaqda, optimal prosessual taktikalar və ya yaradıcı həll yolları tapmaqda dəstək olmaq məqsədilə hər bir işin hüquqi, kommersiya, tənzimləmə və reputasiya risklərini qiymətləndirir.

 

Məhkəmə fəaliyyətimizə əlavə olaraq, biz arbitraj və mediasiya kimi mübahisələrin alternativ həlli metodları ilə bağlı da geniş təcrübəyə malikik. Bizim ekspertlərimiz Sizi beynəlxalq arbitraj təşkilatları qarşısında təmsil edə və maraqlarınızı beynəlxalq arbitraj prosesinin bütün mərhələlərində təmsil edə bilərlər. Bundan başqa, biz Sizə mediasiya prosedurları zamanı da dəstək göstərməyə hazırıq.

Ünvan

Marine Plaza 3-cü mərtəbə, Üzeyir Hacıbəyli küçəsi 62, AZ 1010, Bakı, Azərbaycan

Elektron poçt

Telefon

+994 10 256 73 56

  • Facebook
  • LinkedIn

VLM Azərbaycan Respublikasının qanunvericiliyi əsasında məhdud məsuliyyətli cəmiyyət kimi təsis edilmiş VLM and Partners-i bildirir.

©2024 VLM and Partners.  Bütün hüquqlar qorunur.

bottom of page