top of page

Fintex

Müasir yüksək sürətli maliyyə sistemində fintex şirkətləri innovasiya və səmərəliliyi özündə birləşdirir. Bununla belə, onların innovativ məhsullarının və maliyyə əməliyyatlarının spesifik xüsusiyyətləri daimi hüquqi ekspertiza və dəstək tələb edir. Hazırki ciddi tənzimləmələri, prudensial və hüquqi tələbləri, istehlakçıların müdafiəsi məsələlərini və komplayens risklərini nəzərə alaraq, fintex şirkətləri effektiv hüquqi baza və səmərəli texniki infrastruktur yaratmalıdırlar.

 

Qürurla deyə bilərik ki, ayrı-ayrı beynəlxalq fintex brendləri hüquqi uyğunluqlarını təmin etmək üçün bizə etibar edirlər. Biz təcrübəli mütəxəssislərimizlə ödəniş təşkilatları və elektron pul təşkilatları üçün bir pəncərə prinsipi ilə fəaliyyət göstərən hüquq firması kimi çıxış edirik. Biz onlara lisenziyaların əldə olunmasında, yeni məhsullarının hüquqi təhlilində və məsləhətlərin verilməsində, spesifik müqavilələr və sənəd şablonlarının hazırlanmasında və bütün növ hüquqi məsələlərin həllində dəstək veririk.

 

Düşünürük ki, aşağıdakı sahələrdə hüquqi dəstəyimizdən yararlanmaq xüsusilə faydalı olardı:

 

1. Ödəniş xidmətləri qanunvericiliyi;

2. Məlumatların mühafizəsi və məxfilik;

3. İstehlakçı hüquqlarının qorunması;

4. Çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi üzrə tənzimləmələr;

5. Əqli mülkiyyət (proqram təminatının lisenziyalaşdırılması, müəllif hüquqlarının qorunması, əmtəə nişanları, patentlər və s.)

5. Müqavilələr (istifadəçi müqavilələri, tərəfdaşlıq müqavilələri və digərləri də daxil olmaqla) və Daxili Sənədlər (məsələn, risklərin idarə olunması, məlumatların mühafizəsi, fırıldaqçılıqla mübarizə, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə və digər qaydalar);

6. Korporativ Hüquq;

7. Hüquq və Vergi yoxlaması;

8. Vergi, Miqrasiya və Əmək Hüququ və s.

bottom of page