top of page

Tibb və Əczaçılıq

Paramedic

VLM Azərbaycanda tibb və əczaçılıq şirkətlərinin üzləşdiyi hüquqi məsələlərlə əlaqədar böyük təcrübəyə malikdir. Müştərilərimiz arasında tanınmış beynəlxalq tibb korporasiyaları və aptek brendləri var.

Səhiyyə sektorunun ixtisaslaşmış bilik və təcrübə tələb etdiyini nəzərə alsaq, biz məhz bu sektora aid xüsusi tənzimləmələr işığında Sizin problemlərinizi həll etmək üçün çalışırıq. Biz Sizin hüquqi çətinliklərinizi necə dəf etmək lazım olduğunu bilirik və Sizə hüquqi risklərdən qorxmadan tibbi xidmət göstmərmək üçün imkan yaradırıq. Əczaçılıq məhsullarına gəldikdə isə, biz patentləşdirmədən tutmuş hüquqi uyğunluğa qədər fərqli hüquqi məsələlərdə ilk ağla gələn mütəxəssislərdənik.

 

Düşünürük ki, aşağıdakı siyahı bizə etibar edə biləcəyiniz xidmətlərdən bəzilərini ehtiva edir:

1. Tam hüquqi autsorsinq;

2. Tibb və əczaçılıq sahəsindəki hüquqi tənzimləmələrə uyğunluq;

3. Müqavilə və Biznes Hüququ;

4. Korporativ Hüquq;

5. Kommersiya hüququ üzrə xidmətləri, hədəf müəssisələrin və satıcıların hüquq və vergi yoxlamasının həyata keçirilməsi;

6. Mübahisələrin həlli və Məhkəmə;

7. Vergi, Əmək və Miqrasiya məsələləri;

8. Birləşmələr və Qoşulmalar;

9. Əqli mülkiyyət məsələləri (patentlər, əmtəə nişanları və s.)

10. İstehlakçı hüquqlarının qorunması məsələləri və s.

Ünvan

Marine Plaza 3-cü mərtəbə, Üzeyir Hacıbəyli küçəsi 62, AZ 1010, Bakı, Azərbaycan

Elektron poçt

Telefon

+994 10 256 73 56

  • Facebook
  • LinkedIn

VLM Azərbaycan Respublikasının qanunvericiliyi əsasında məhdud məsuliyyətli cəmiyyət kimi təsis edilmiş VLM and Partners-i bildirir.

©2024 VLM and Partners.  Bütün hüquqlar qorunur.

bottom of page