top of page

Vergi, Korporativ və Hüquqi Təhlil

Bizim təhlil və araşdırmalarımız kommersiya şərtləri və icbari hüquqi tələblərdən tutmuş korporasiyaların və səhmdarların maraqlarının qorunması məsələlərinə qədər korporativ, vergi, valyuta, bank, maliyyə və digər müvafiq qanunvericilik sahələrinin və daxili prosedurların bütün aspektlərini əhatə edir. Biz korporativ müştərilərə və qurumlara onların işgüzar nüfuzuna təsir edə biləcək həssas məsələlər üzrə kritik yönləndirmələr etmişik. Heyətimiz müştərilərə mürəkkəb məsələlər üzrə məsləhətlər vermiş və beynəlxalq elementli araşdırmalar da daxil olmaqla, Azərbaycanda ən geniş ölçülü araşdırmalardan bəzilərində iştirak etmişdir. VLM rüşvətxorluq, korrupsiya, çirkli pulların yuyulması, dələduzluq, mənimsəmə və digər intizam və cinayət xarakterli hüquqpozmalar da daxil olmaqla, pozuntuların ciddi təhqiqi və araşdırılmasına diqqət yetirir.

Biz sizin vergi bəyannamələrinizi, hesabatlarınızı və digər vergi sənədlərinizi yoxlayır, vergi qanunlarına uyğunluğu müəyyənləşdirir, potensial sanksiya risklərini aşkarlayır və belə risklərin azaldılması üçün məsləhətlər veririk. Vergi yoxlamamız yalnız az ödənilmiş vergilərə diqqət yetirmir, həm də artıq ödənilmiş vergi məbləğlərini aşkar edərək maliyyə sabitliyinizi təmin edir.

 

Biz strateji və taktiki yanaşmamızı müvafiq araşdırma sahəsi üzrə bariz təcrübəmiz ilə birləşdiririk - komandamız bank əməliyyatlarının icrası, hesab-fakturaların və vergilərin ödənilməsi, sənədlərin imzalanması, şəxsi xərc hesabatlarının verilməsi də daxil olmaqla, gündəlik əməliyyatlar zamanı əməkdaşlarınızın tələblərə necə əməl etməsini effektiv şəkildə araşdırır.

VLM öz işinə biznesinizin və onun cari vəziyyətinin analizi ilə başlayır, sonra isə incələmə və risklərin müəyyən edilməsini həyata keçirir. Buna baxmayaraq, təhlilimiz sadəcə riskləri və onların mənbəyini sadalamaqla qalmır, həm də bu riskləri azaltmaq üçün aydın praktiki tövsiyələr verir.

 

Tələblərin maliyyə, antiinhisar və digər hüquqi xarakterli olmasından asılı olmayaraq, biz müştərilərimizi hüquqi təhqiqat və araşdırmaların hər yönünü əhatə edən xidmətlər paketi ilə təmin edirik.

bottom of page