top of page

Əqli Mülkiyyət

20210318_trademarks_1000x700-790x310.png

Sürətlə dəyişən texnologiyalar və innovasiyalar dünyasında bizneslər üçün müəllif hüquqları, əmtəə nişanları, patentlər, nou-hau və digər əqli mülkiyyət obyektlərini mühafizə etmək və digər sahibkarlar tərəfindən əqli mülkiyyət hüquqlarının pozulmasının qarşısını almaq həyati əhəmiyyət kəsb edir.

 

Bu məqsədlə, bizim peşəkar komandamız müştərilərə əqli mülkiyyət hüququnun bütün aspektləri üzrə yerli və beynəlxalq hüquqa uyğun məsləhətlər verir.

 

Biz aşağıdakı xidmətləri təklif edirik:

  • Əqli mülkiyyət obyektlərinin (əmtəə nişanları, patentlər, sənaye nümunələri, faydalı modellər, seleksiya nailiyyətləri və s.) yerli və beynəlxalq qeydiyyatı;

  • Qeydə alınmış əqli mülkiyyət obyektlərinin etibarlılıq müddətinin uzadılması;

  • Mühafizə olunan əqli mülkiyyət obyektlərinin qorunub saxlanılması;

  • Əqli mülkiyyət əqdləri, əqli mülkiyyət obyektlərinin əldə olunması, girovu və vərəsəliklə keçməsi məsələləri;

  • Müəllif hüquqlarının mühafizəsi və ötürülməsi üzrə hüquqi dəstək;

  • Əmtəə nişanları, müəllif hüquqları və digər əqli mülkiyyət hüquqlarının gömrük proseslərində mühafizəsi ilə bağlı dəstək;

  • Müştərilərin maraqlarının bütün növ əqli mülkiyyət mübahisələrində təmsil olunması;

  • Əqli mülkiyyətin qiymətləndirilməsi, lisenziyalaşdırma, əqli müllkiyyət hüquqlarından qanunsuz istifadə, pirat və kontrafakt məhsullarla mübarizə sahəsində məsləhətlərin verilməsi.

bottom of page