İsmayıl Əliyev
Baş Hüquqşünas, Vəkil
İsmayıl Londonda yerləşən nüfuzlu şirkətlərdə qazandığı dəyərli təcrübəsi sayəsində peşəkar mütəxəssis kimi yetişmişdir. Onun karyerası F&T Services Limited və Imran Khan and Partners hüquq şirkətlərində əldə etdiyi mühüm təcrübələri də ehtiva edir. Bundan əlavə, o, BMT-nin Beynəlxalq Miqrasiya üzrə Agentliyində çalışaraq mürəkkəb miqrasiya hüququ sahəsi üzrə zəngin bacarıqlara yiyələnmişdir.
İsmayıl Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.
İsmayıl tikinti, qida və içki, nəqliyyat, əczaçılıq, aviasiya, pərakənda ticarət, turizm və investisiya şirkətləri də daxil olmaqla, fərqli sektorları təmsil edən önəmli qurumlara aktiv şəkildə konsultasiya xidmətləri göstərir. Onun təcrübəsi maliyyə, korporativ hüquq, müqavilə hüququ, investisiya, əmək hüququ, əqli mülkiyyət, istehlakçı hüquqlarının qorunması, ticarət tənzimləmələri, gəmiçilik və digər hüquq sahələrini əhatə edir.
İsmayıl kommersiya, korporativ və müqavilə hüququ sahəsindəki peşəkarlığına əlavə olaraq, hüquqi işlərin məhkəmə prosesləri üçün hazırlanmasında geniş təcrübəyə malikdir. O, müştəriləri yuxarıda adı çəkilən bütün hüquq sahələri üzrə mübahisələrlə bağlı məhkəməöncəsi danışıqlarda uğurla təmsil etmişdir.
Əsas Fəaliyyət Sahələri
-
Cinayət Hüququ;
-
Prosessual Hüquq;
-
Ticarət və Gəmiçilik Hüququ;
-
Müqavilələr;
-
Əqli Mülkiyyət;
-
Biznes Hüququ;
-
Maliyyə Hüququ;
-
Miqrasiya Hüququ;
-
Mülki Hüquq;
-
Ailə Hüququ;
-
Əmək Hüququ
Dillər
-
İngiliscə;
-
Rusca;
-
Türkcə;
-
Azərbaycanca
Təhsil
-
London Kinqs Kolleci - Hüquq üzrə Magistr;
-
London Siti Universiteti - Hüquq üzrə Bakalavr;
-
London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi - Hüquq və Menecment üzrə Bakalavr;
-
Bakı Dövlət Universiteti - Hüquq üzrə Bakalavr
Əsas Nailiyyətlər
-
Qlobal bir şirkətin Azərbaycandakı filialı ilə bağlı korporativ araşdırma həyata keçirmiş və onun qanuni nümayəndəsi tərəfindən törədilən qanun pozuntusunun aşkar olunmasında mühüm rol oynamışdır;
-
İnvestisiya və daşıma şirkətləri də daxil olmaqla, milyon dollarlıq şirkətlərə yeni səhmlərin buraxılması və nizamnamə kapitalının artırılması proseslərində hüquqi bələdçilik etmişdir;
-
Xarici investora yerli bir investisiya şirkətinin mühüm iştirak payının əldə olunması ilə bağlı məsləhət vermişdir;
-
Tanınmış brendlərə sahib bir müəssisəyə yeni əmtəə nişanlarının əldə olunması, mövcud əmtəə nişanlarının yenilənməsi ilə bağlı yardım etmiş, maraqlarının apellyasiya proseslərində müdafiəsi də daxil olmaqla, mürəkkəb əqli mülkiyyət mübahisələrinin həllində ona dəstək göstərmişdir;
-
Əhəmiyyətli maliyyə maraqlarının mövcud olduğu bir əmək mübahisəsinin həllini təmin etmiş və işçiylə işəgötürən arasında barışıq sazişinin imzalanmasına nail olmuşdur;
-
Xarici bir neft şirkətinə hüquqi strukturizasiya ilə bağlı kömək göstərmiş və çox mürəkkəb hüquqi əngəllərin aşılmasına nail olmuşdur;
-
Qida və içki, restoran və digər oxşar sektorlardan olan dünyaca məşhur brendlərin yerli bölmələrinin hüquqi yoxlanışında iştirak etmişdir;
-
Bir müştəriyə onun dövlət tərəfindən nəzarət olunan tikinti layihələri ilə bağlı hüquqi məsləhətlər vermişdir;
-
Tikinti, sığorta, bankçılıq və digər sahələrdə fəaliyyət göstərən müştərilər üçün detallı hüquqi rəylər hazırlamışdır;
-
Xarici bir şirkətə banklardan birinə qarşı əhəmiyyətli məbləğdə xarici kredit borcu ilə əlaqədar mübahisədə dəstək göstərmişdir.