Dəniz Hüququ
VLM-in təcrübəli mütəxəssisləri müntəzəm olaraq dəniz ticarəti ilə məşğul olan müştərilərə dəstək göstərirlər. Biz çox sayda beynəlxalq gəmiçilik şirkətini öz bizneslərini qurmaları və Azərbaycanda fəaliyyətlərini davam etdirmələri üçün hüquqi dəstəklə təmin etmişik. Bizim bilik və təcrübəmiz təkcə Azərbaycan dəniz hüququ ilə məhdudlaşmır: həm də beynəlxalq standartları və beynəlxalq sularda ümumi qəbul olunmuş işgüzar adətləri özündə ehtiva edir.
Təqdim etdiyimiz xidmətlərə aşağıdakılar daxildir:
-
Gəmilərin Azərbaycanda qeydiyyatı ilə bağlı hüquqi dəstəyin göstərilməsi;
-
Azərbaycanda dəniz ticarətinin tənzimlənməsi üzrə fəaliyyət göstərən dövlət orqanları ilə münasibətlər və onların tələblərinin yerinə yetirilməsi;
-
Gəmi sənədlərinin və dəniz ticarəti ilə bağlı digər sənədlərin hazırlanması;
-
Dəniz fəaliyyətinizin optimallaşdırılması üçün berbout çarter, reys çarter və taym çarter strukturlarının qurulması üzrə bələdçilik edilməsi;
-
Çarter, dəniz agenti, dəniz brokeri, dəniz sığortası müqavilələrinin və dəniz ticarəti üçün önəmli olan digər müqavilələrin tərtibi və diqqətli şəkildə nəzərdən keçirilməsi;
-
Dəniz ticarəti ilə bağlı mürəkkəb sığorta prosesləri boyu hüquqi dəstəyin göstərilməsi və sığorta təminatının hərtərəfli olması üçün hüquqi yardım;
-
Dəniz ticarəti qanunvericiliyinin tələbləri ilə bağlı məsləhətlərin verilməsi.