top of page
Abstract Sphere
Writer's pictureVüsalə Babayeva-Nəzirli

Əmək hüquqları əleyhinə olan inzibati xətalarla bağlı cəzalar artırıldı

Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2022-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (bundan sonra "Məcəllə") bir sıra dəyişikliklər edilmişdir.


Məlumat üçün bildiririk ki, bu Məcəllənin “Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının göstərişlərinin yerinə yetirilməməsi” adlı 539-cu maddəsinə müvafiq əlavələr edilmişdir.


Belə ki, işəgötürən və işçi arasında əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.


Əlavə olaraq, Məcəllənin 539-cu maddəsinə “Qeyd” hissəsi əlavə edilmişdir.


Yuxarıda göstərilən norma üzrə inzibati məsuliyyət yalnız o halda yaranır ki, həmin əməllər bu Məcəllənin 192-ci maddəsində nəzərdə tutulmuş “Əmək qanunvericiliyinin pozulması” hallarında inzibati məsuliyyətə səbəb olmur.


Digər dəyişikliklərlə bağlı daha ətraflı məlumatları aşağıdakı linkdən əldə etmək olar:




Son Paylaşımlar

Əlaqə

imageedit_9_5166315861.jpg

İdarəedici Partnyor

+994 12 490 75 59

bottom of page