Dövlət-Özəl Tərəfdaşlığı
Azərbaycanda ictimai infrastrukturunun yaxşılaşdırılması üçün Dövlət-Özəl Sektor Tərəfdaşlıqların (DÖST) sayının əhəmiyyətli dərəcədə artacağını təxmin edirik. DÖST layihələri həm dövlət orqanları, həm də şirkətlər üçün səmərəlilik, nou-hau mübadiləsi və resursların optimallaşdırılması imkanı yaradır. DÖST-lərin yaradılması və istismarı xüsusi hüquqi prosedurlara tabe olduğundan, müəssisələr DÖST layihəsində iştirak etmək üçün peşəkar dəstəyə ehtiyac duyurlar.
Biz enerji sektorundan tutmuş istehsalata qədər bütün növ müəssisələrə DÖST layihələrində yer almaq və öz fəaliyyətlərini DÖST üzrə qanunvericiliyə uyğun şəkildə həyata keçirmələri üçün qürurla xidmət göstəririk.
Düşünürük ki, DÖST layihəsi iştirakçıları aşağıdakı xidmətlər üzrə bizə etibar edə bilər:
1. DÖST qanunvericiliyinə uyğunluq;
2. Kommersiya hüququ üzrə xidmətləri, hədəf müəssisələrin və satıcıların hüquq və vergi yoxlamasının həyata keçirilməsi;
3. Müqavilə və Biznes Hüququ;
4. Korporativ Hüquq;
5. Mübahisələrin Həlli və Məhkəmə;
6. Birləşmələr və Qoşulmalar;
7. Vergi, Əmək və Miqrasiya məsələləri və s.