Layihələrin Maliyyələşdirilməsi
Bizim komandamız beynəlxalq maliyyə təşkilatlarından və xarici banklardan tutmuş yerli şirkətlərədək iri miqyaslı maliyyələşdirmələr üzrə təcrübəyə malikdir. Bizim komanda üzvlərimiz Azərbaycanda icra edilən ən böyük maliyyələşdirmə layihələrinə cəlb olunmuşdurlar.
VLM-in ekspertləri, habelə xarici ölkələrdə həyata keçirilən iri enerji və tikinti layihələrinin maliyyələşdirilməsi ilə bağlı hüquqi məsləhətçi kimi fəaliyyət göstərmiş, öz yerli və beynəlxalq təcrübələrini istifadə etmişdirlər.
Bu səbəbdən, VLM öz geniş təcrübəsi və beynəlxalq nou-hausu ilə bu cür layihələrdə hüquqi dəstəkçi kimi çıxış etmək üçün bütün zəruri keyfiyyətlərə malikdir.
Bizim bu tip layihələr çərçivəsində göstərdiyimiz xidmətlərə aşağıdakılar aiddir:
-
Sənədlərin tərtibi, nəzərdən keçirilməsi və analiz olunması;
-
Hüquq və vergi yoxlamalarının icrası, yoxlama hesabatlarının hazırlanması;
-
Azərbaycan hüququ perspektivindən hüquqi rəylərin verilməsi;
-
Müvafiq növ əməliyyatlar çərçivəsində Azərbaycan hüququna əsaslanan məsləhətlərin verilməsi;
-
Müvafiq korporativ icazələrin mövcudluğunun, ilkin şərtlərin qarşılandığının və təsdiq olunduğunun nəzərdən keçirilməsi və s.