top of page
Ramin Abbasov | Senior Tax Associate | VLM and Partners

Ramin Abbasov

Baş Vergi Mütəxəssisi

  • LinkedIn

Ramin vergi komandamızın bir parçası olaraq vergi və mühasibatlıq fəaliyyətimizə öz töhfəsini verir. Onun keçmiş təcrübəsi Nexia EA Azərbaycanda tutmuş olduğu baş mütəxəssis vəzifəsini də ehtiva edir. O, konsultasiya sektorunda uğurlu karyerasından sonra Azərbaycanda quşçuluq, akvakultura və orqanik qida sahələri üzrə fəaliyyət göstərən nəhəng bir holdqində, o cümlədən, bir broker firmasında baş mühasib vəzifələri tutaraq onların qüsursuz maliyyə əməliyyatlarının icrasını təmin etmişdir. Ramin 2022-ci ildən etibarən VLM-də vergi və mühasibatlıq xidmətlərinin göstərilməsinə cəlb olunmuşdur.

Raminin fəaliyyətinə vergi və maliyyə əməliyyatlarının icrası, idarə olunması və auditi, vergilərin hesablanması, vergi bəyannamələrinin və hesabatlarının hazırlanması, mal və materiallarının inventarlaşdırılması, gömrük bəyannamələrinin tərtibi və vergi yoxlamalarının həyata keçirilməsi də daxildir. O, müştərilərə vergi və maliyyə risklərinin minimallaşdırılması və xərclərin tanınması metodlarının müəyyən edilməsi üzrə bələdçilik edir.

 

Ramin ikiqat vergitutma məsələləri üzrə geniş bilik və təcrübəsi ilə bizneslərə ikiqat vergitutmadan azad olmağa və ikiqat vergitutmanın ləğvi barədə müqavilələrin müddəalarından yararlanmağa kömək edir. O, müştərilərə, həmçinin mühasibat uçotunun qurulması və aparılması üzrə tam dəstək göstərir. Ramin aqrobiznes, IT, istehsalat və digər sektorlardan olan müştərilərə effektiv şəkildə xidmət göstərmişdir.

Əsas Fəaliyyət Sahələri
  • Vergi Uyğunluğu;

  • Vergi və Maliyyə Hesabatları;

  • Vergi Konsultasiyası və Vergi Yoxlaması;

  • Mühasibat Uçotu;

  • Gömrük

Dillər
  • Azərbaycanca;

  • İngiliscə;

  • Rusca;

  • Türkcə

Təhsil

  • Xəzər Universiteti - Maliyyə üzrə Bakalavr

Əsas Nailiyyətlər
  • Beynəlxalq bir iskele brendinin yerli ofisinə uçot məlumatlarının hazırlanması, əsas vəsaitlərin layihələr üzrə təsnifləşdirilməsi və vergi uçotunun aparılması ilə əlaqədar dəstək göstərmişdir;

  • Yerli bir IT və elektron xidmətlər təchizatçısına vergi uçotunun qurulması, münasib vergi rejiminin tətbiqi və vergi qanunvericiliyinə uyğunluğun təmin edilməsi üçün kömək etmişdir;

  • Kənd təsərrüfatı şirkətlərindən birinə tam vergi və mühasibatlıq dəstəyi göstərməklə onların mallarını müvafiq qaydalara uyğun şəkildə təsnifləşdirilməsini, aqrobizneslərə tətbiq olunan güzəştlərdən faydalanmalarını və uyğun mühasibatlıq strategiyasının müəyyən edilməsini təmin etmişdir;

  • Xarici investisiyalı neft-qaz bazarı iştirakçılarından birinə vergi və mühasibatlıq xidmətləri göstərmiş, onların maliyyə əməliyyatlarının xətasız aparılmasını təmin etmişdir.

bottom of page