Rəşad Məhəmmədzadə
Baş Hüquqşünas
Rəşad 2022-ci ildən bəri VLM-in hüquq komandasının üzvüdür. O, firmamıza qoşulmazdan öncə Azərbaycanın nəhəng ağır sənaye şirkətlərinin birində hüquqi təcrübə qazanmışdır. Eyni zamanda, Rəşad VLM-dəki fəaliyyətinə başlamazdan əvvəl Azərbaycanda fəaliyyətdə olan bir neçə beynəlxalq QHT-də idarəedici vəzifələr tutmuşdur.
Rəşad əqli mülkiyyət, korporativ hüquq, müqavilə hüququ, maliyyə bazarları və digər bir çox sahələrdə əldə etdiyi bilik və təcrübəsi sayəsində müntəzəm olaraq bizim beynəlxalq və yerli müştərilərimizə öz bizneslərini təsis etmələri, Azərbaycan qanunvericiliyinə qüsursuz şəkildə riayət etməklə fəaliyyət göstərmələri, transsərhəd əməliyyatları həyata keçirmələri, müqavilə risklərini azaltmaları və müxtəlif hüquqi problemlərin öhdəsindən gəlmələri istiqamətində dəstək göstərir. O, banklara, investisiya holdinqlərinə, neft-qaz bazarı iştirakçılarına, eləcə də, enerji, qida, pərakəndə satış, tibb, fintex və tikinti şirkətlərinə hüquqi çətinlikləri dəf etmələri və fəaliyyətlərini təhlükəsiz şəkildə davam etdirmələri üçün məsləhətlər vermişdir.
Özünəməxsus müqavilələrin hazırlanması və detallı məsləhətlərin verilməsi ilə yanaşı, Rəşadın hüquqi dəstəyi Azərbaycanda iş və yaşama icazələrinin əldə olunmasını və digər miqrasiya məsələlərinin həll edilməsini də əhatə edir. Əlavə olaraq, o, müştəriləri inzibati məsələlərlə bağlı dövlət qurumları və təşkilatları qarşısında da təmsil edir.
Əsas Fəaliyyət Sahələri
-
Müqavilələr;
-
Əqli Mülkiyyət;
-
Korporativ hüquq;
-
Maliyyə hüququ;
-
Hüquqi uyğunluq;
-
Miqrasiya hüququ
Dillər
-
İngiliscə;
-
Rusca;
-
Türkcə;
-
Azərbaycanca
Təhsil
-
Bakı Dövlət Universiteti - Hüquq üzrə Bakalavr
Əsas Nailiyyətlər
-
Bir fintex şirkəti üçün proqram təminatı lisenziya razılaşmaları, istifadəçi müqavilələri və digər tip müqavilə formalarının tərtibi də daxil olmaqla, hüquqi baza formalaşdırılmasına dəstək olmuşdur;
-
Banklardan birinə korporativ məsələlər və prudensial tələblərin qarşılanması ilə bağlı hüquqi məsləhət vermişdir;
-
Xarici bir neft-qaz şirkətinə Azərbaycanda dəniz nəqliyyatı fəaliyyətinə başlamaları barədə hüquqi məsləhət vermişdir;
-
Xarici bir enerji korporasiyasına Azərbaycandakı bir bərpa olunan enerji layihəsində iştirakla əlaqədar lisenziya tələbləri və digər hüquqi uyğunluq məsələləri ilə bağlı hüquqi dəstək göstərmişdir;
-
Xarici bir investora Azərbaycandakı bir daşınmaz əmlak layihəsinə qoyacağı investisiyanın qanuna uyğunluğunu təmin etməklə bağlı hüquqi bələdçilik etmişdir;
-
Azərbaycanın tanınmış tikinti şirkətlərindən birinə daşınmaz əmlakın alğı-satqısı müqavilələrinin etibarsızlığı ilə bağlı məsləhət vermişdir;
-
Nəhəng bir xarici texnologiya şirkətinə Azərbaycanda daxil olduqları yüksək büdcəli bir birgə fəaliyyət layihəsi ilə əlaqədar məsləhətlər vermiş, effektiv idarəetmənin və şəffaf hesabat mexanizminin yaradılmasına nail olmuşdur;
-
Nüfuzlu bir yerli tikinti şirkətinin satın alınması prosesinə yön vermiş, mürəkkəb hüquqi problemləri həll etmiş və hər iki tərəfin maraqlarını təmin etmişdir;
-
Tanınmış bir xarici tikinti şirkətinin yerli filialına əcnəbi işçiləri üçün iş icazələrinin əldə olunması, Azərbaycanın miqrasiya tənzimləmələrinə riayət olunması və müxtəlif inzibati məsələlərlə əlaqədar dövlət qurumları ilə danışıqların aparılmasında dəstək göstərmişdir.