top of page

İstehlak Malları və Pərakəndə Ticarət

VLM mühüm beynəlxalq və yerli gündəlik tələbat malları istehsalçılarını öz müəssisələrinin qanuni və vergi uyğunluğunun təmin olunması üzrə dəstəkləmişdir. Bir çox qida və içki şirkətləri, lüks moda brendləri, restoranlar və qənnadı brendləri öz hüquq və vergi ekspertləri qismində bizə etibar edirlər.

 

VLM hüquqşünasları istehlak malları, lüks brendlər və moda, qida və pərakəndə satış sektorlarından bir çox müəssisəyə məsləhətlər verib. Biz onlara müqavilələr, qida təhlükəsizliyi, əqli mülkiyyət və normativlərə uyğunluq məsələləri ilə bağlı məsləhətlər verir, inzibati orqanlar və məhkəmələr qarşısında onları təmsil edirik.

 

Biz gündəlik tələbat malları üzrə fəaliyyət göstərən bizneslərə, aşağıdakılar da daxil olmaqla, bütün hüquq xidmətlərini göstərməyə hazırıq:

1. Tam hüquqi autsorsinq;

2. Lisenziyaların əldə olunmasında dəstək;

3. Vergi və gömrük güzəştlərinin əldə olunmasında dəstək;

4. Biznesin yenidən təşkili;

5. Kommersiya hüququ üzrə xidmətləri, hədəf müəssisələrin və satıcıların hüquq və vergi yoxlamasının həyata keçirilməsi;

6. Korporativ və Əqli Mülkiyyət məsələləri;

7. Məhkəmə və Mübahisələrin həlli;

8. Bütün növ alğı-satqı, xidmət, təchizat, lisenziya, françayzinq, icarə müqavilələrinin, habelə digər müqavilələrin razılaşdırılması, hazırlanması və nəzərdən keçirilməsi;

9. Vergi, Əmək və Miqrasiya məsələləri;

10. Qida təhlükəsizliyi məsələləri;

11. İstehlakçı hüquqlarının mühafizəsi məsələləri və s.

bottom of page