top of page
Sara Aghamaliyeva | Senior Associate | VLM and Partners

Sara Ağamalıyeva

Baş Hüquqşünas

  • LinkedIn

Sara nəhəng beynəlxalq françayzinq şirkətində hüquqşünas olaraq çalışdığı dövrdə hüququn bir sıra sahələrində əldə etdiyi geniş təcrübədən yararlanır. O, şirkətdaxili hüquqşünas kimi fəaliyyət göstərdiyi üç illik dövrdə françayzinq müqaviləsi ilə bağlı proseslər və danışıqlarda yer almış, bütün növ alğı-satqı, icarə və digər kommersiya müqavilələrini hazırlamış və nəzərdən keçirmiş, əmək mübahisələrinin həllində iştirak etmiş, şirkətin təsis sənədlərində dəyişikliklərin edilməsi və lisenziya və icazələrin əldə olunması məsələləri ilə məşğul olmuşdur.

O, yuxarıda qeyd olunan hüquqi təcrübədən əlavə, beynəlxalq qeyri-hökumət təşkilatları, eləcə də dövlət qurumlarında könüllü fəaliyyət göstərməklə müxtəlif hüquqi, təşkilati və idarəçilik bacarıqlarını inkişaf etdirmişdir.

VLM-də baş hüquqşünas olan Sara müştərilərimiz üçün müntəzəm şəkildə xüsusi müqavilələr hazırlayır və müştəriləri əqli mülkiyyət, məlumatların mühafizəsi və digər sahələr üzrə detallı hüquqi məsləhətlə təmin edir. Bundan başqa, Sara beynəlxalq arbitraj sahəsində zəngin nəzəri və praktiki bazası ilə müştərilərimizin mürəkkəb mübahisələrinin həllində iştirak edir və onların maraqlarını beynəlxalq arbitraj qurumları qarşısında müdafiə edir. O, istehlak məhsulları istehsalçıları və sığorta brokerlərindən tutmuş neft-qaz şirkətlərinə qədər bir çox bizneslərə hüquqi dəstək göstərmişdir.

Sara firmamızdakı hüquqi fəaliyyəti ilə yanaşı, Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur.

Əsas Fəaliyyət Sahələri
  • Mübahisələrin Həlli;

  • Müqavilələr;

  • Əqli Mülkiyyət;           

  • Korporativ Hüquq;

  • Tam Hüquqi Autsorsinq;

  • Birləşmələr və Qoşulmalar

Dillər
  • İngiliscə;

  • Rusca;

  • Fransızca;

  • Türkcə;

  • Azərbaycanca

Təhsil

  • Stokholm Universiteti - Beynəlxalq Kommersiya Arbitrajı Hüququ üzrə Magistr;

  • Bakı Dövlət Universiteti - Əqli Mülkiyyət üzrə Magistr;

  • Bakı Dövlət Universiteti - Hüquq üzrə Bakalavr

Əsas Nailiyyətlər
  • ICSID-də baxılan arbitraj işi üzərində çalışan və Azərbaycan və Latviyadan olan investorları təmsil edən beynəlxalq komandada yer almışdır;

  • Neft-qaz sektorunda fəaliyyət göstərən nəhəng bir hədəf şirkətin satın alınması prosesində hazırladığımız yoxlama hesabatına öz töhfəsini vermiş, xarici kreditlərlə bağlı ciddi riskləri aşkara çıxarmışdır;

  • Dünyanın ən geniş yayılmış içki brendlərindən birinin Azərbaycandakı istehsalçısına və hazır yemək restoranları şəbəkəsinə tam hüquqi dəstək göstərmişdir. Bu dəstək özündə beynəlxalq kontragentlərlə bağlanan müqavilələrin hazırlanması, gömrük, miqrasiya və əmək münasibətləri ilə bağlı hüquqi araşdırmanın aparılması və hüquqi rəyin verilməsi, eləcə də biznes lisenziyaları üçün müraciət edilməsini də ehtiva edir;  

  • Hollandiya, Malta, İsrail və Ukraynada yaşama və iş icazəsinin, vətəndaş statusunun alınması ilə bağlı miqrasiya məsələlərində məsləhətlər vermiş və hüquqi dəstək göstərmişdir;

  • Beynəlxalq tibb mərkəzləri şəbəkəsinə məlumat bazalarının yaradılması və bu məqsədlə əlaqədar lisenziya və icazələrin əldə olunmasında hüquqi bələdçilik etmişdir;

  • Məşhur bir neft-qaz şirkətinin filialının qeydiyyatı prosesinə dəstək olmuş və Azərbaycanda böyük investisiya şirkətlərindən birinə direktor dəyişikliyi proseduru ilə bağlı hüquqi yardım göstərmişdir;

  • Beynəlxalq bir mineral su şirkətinə təsis paylarının satılması prosesində hüquqi dəstək göstərmişdir;

  • Bir sıra tanınmış əmtəə nişanlarının qeydiyyatını həyata keçirmişdir.

bottom of page