Qiymətli Kağızlar və Kapital Bazarları
VLM həm borc, həm də kapital bazarlarındakı fəaliyyətlərinizdə sizə kömək etmək üçün zəruri olan dərin təcrübə və anlayışa malikdir. Biz, emitentlər və onların məsləhətçilərinə qiymətli kağızların yerləşdirilməsi və ikinci dərəcəli listinq proseslərinin səmərəlilik və ehtiyatlılıq əsasında yerinə yetirilməsinə kömək edirik.
Biz, müntəzəm olaraq tanınmış korporasiyaların qiymətli kağızlarla apardıqları əməliyyatları ilə bağlı onlara dəstək oluruq. VLM bu cür əməliyyatlar üçün bir pəncərə prinsipi ilə çalışan bir firma olaraq proses boyu bütün mərhələlərdə meydana gələn mürəkkəb problemləri həll edir.
Bizim kapital bazarları komandamız bir sıra müştərilərə müxtəlif növ kapital bazarı məhsulları ilə əlaqədar əməliyyat yönümlü və hüquqi məsləhətlər verir. Biz istiqrazların emissiyası və Azərbaycan bazarında emissiya olunmuş istiqrazların geri çağırılması ilə bağlı geniş təcrübəyə malikik.
Biz aşağıdakı proseslərlə bağlı hüquqi məsləhətlər veririk:
-
Qiymətli kağızların emissiyası və yerləşdirilməsi;
-
Qiymətli kağızların əldə olunması, yüklü edilməsi və özgəninkiləşdirilməsi də daxil olmaqla, qiymətli kağızlarla əməliyyatlar;
-
Törəmə maliyyə alətləri ilə əməliyyatlar;
-
Xarici dövlətin qanunvericiliyi əsasında emissiya olunmuş qiymətli kağızların qeydiyyatı;
-
İnvestisiya şirkətləri, klirinq təşkilatları və investisiya fondlarının depozitarlarının yaradılması və zəruri lisenziyaların əldə olunması;
-
Emitentlərin, investisiya şirkətlərinin, klirinq təşkilatlarının, investisiya fondlarının depozitarlarının və digər qiymətli kağızlar bazarı iştirakçılarının hüquqi uyğunluğu;
-
Borc qiymətli kağızlarının və digər maliyyə alətlərinin üzrə öhdəliklərin icrası.