top of page
Sevil Hasanli

Sevil Həsənli

Hüquqşünas

  • LinkedIn

Sevil öz peşəkar karyera yoluna yerli konsaltinq şirkətlərindən birində başlamış və orada hüquqşünas olaraq çalışdığı 2 il müddətində yerli və beynəlxalq səviyyədə reallaşdırılan layihələrdə müştəriləri hüququn müxtəlif sahələrində məsləhət xidmətləri ilə təmin etmişdir. O burada fəaliyyətdə olduğu illərdə müştərilərə insan resursları sahəsində hüquqi dəstək, yerli və xarici təsisçili şirkətlərin qeydiyyatı və təsis sənədlərində dəyişikliklərin edilməsi, əqli mülkiyyət hüquqlarının qeydiyyatı, alq-satqı, xidmət, icarə və digər müqavilələrinin hazırlanması, mediasiyaya müraciət və mülki mübahisələrin məhkəmədə həlli üçün ərizə və əlaqəli sənədlərin hazırlanması, həmçinin komplayens sahəsində peşəkar xidmətlər göstərmişdir.

 

Yuxarıda qeyd olunanlardan başqa Sevil beynəlxalq qeyri-hökumət təşkilatları və dövlət orqanlarında könüllü fəaliyyət göstərərək sərt və yumuşaq bacarıqlarını inkişaf etdirmiş və yüksək nailiyyətlər qazanmışdır. 

 

Sevil, həmçinin dövlət satınalmaları sahəsində geniş bilik və təcrübələr əldə edərək həm tenderə müraciət, həm də qazanılmış layihələrin icrası mərhələsində layihənin tələblərinə uyğun qaydada hüquqi sənədlərin və müqavilələrin hazırlanması və Layihələrin uğurla tamamlanmasına nail olmuşdur.

Əsas Fəaliyyət Sahələri
  • Müqavilələr

  • Korporativ hüquq

  • Əmək hüququ

  • Miqrasiya

  • Əqli Mülkiyyət

  • Komplayens

  • Mübahisələrin Həlli

  • Dövlət Satınalmaları

Dillər
  • İngiliscə

  • Türkcə

  • Azərbaycanca

Təhsil

  • Bakı Dövlət Universiteti - Hüquq üzrə Bakalavr

Əsas Nailiyyətlər
  • İKT və yüksək texnologiyalar sahəsində aparıcı şirkətlərdən birinin maraqlarını qoruyaraq bazarda rəqabət qanunvericiliyinin uzun illər pozulmasını əsaslandırmış və problemin həlli yolunda müştərini hüquqi rəylə təmin etmişdir

  • Neft-qaz sektorunda əhəmiyyətli mövqe tutan şirkətlərdən birinə, həmçinin bir dövlət orqanına ISO 37001 sertifikatının (rüşvətxorluq əleyhinə idarəetmə sistemi) əldə edilməsi üçün Siyasətlərin hazırlanmasında dəstək göstərmişdir

  • Lüksemburqun biznes proseslərinin autsorsinq xidmətlərini həyata keçirən böyük şirkətlərindən birinin Azərbaycanda yaratdığı və 150-yə yaxın işçi qüvvəsi olan törəmə şirkətinə gündəlik İnsan Resursları sahəsində dəstək göstərmişdir

  • Kino istehsalı sahəsində fəaliyyət göstərən yerli şirkətlərdən birinə 3 irihəcimli layihədə müəlliflərin əqli mülkiyyət hüquqlarının qeydiyyatı və layihələrin icra edilməsi üçün müxtəlif növ alqı-satqı, xidmət və icarə müqavilələri hazırlayaraq tam hüquqi dəstək göstərmişdir.

bottom of page