top of page
Sujayat Ismayilova | Senior Associate | VLM and Partners

Sücayət İsmayılova

Hüquqşünas

  • LinkedIn

Sücayət şirkətlərin qeydiyyatı və ləğvi, kommersiya müqavilələrinin tərtibi, miqrasiya proseslərinin idarə olunması, françayzinq müqaviləsi üzrə proseslərə nəzarət, danışıqların aparılması və mübahisələrin həlli sahələrində geniş təcrübəyə malikdir.

Sücayət VLM komandasının üzvü olmazdan əvvəl Sankt-Peterburqda hakim köməkçisi kimi çalışmış və "1C"-nin Azərbaycan françyzı olan ICgroup.AZ-da hüquqşünas olaraq fəaliyyət göstərmişdir.

Sücayət mülki hüquq və korporativ hüquq da daxil olmaqla, bir sıra hüquq sahələri üzrə konsultasiya xidməti göstərir. Onun vəzifələrinə müxtəlif növ müqavilələrin tərtibi, gözdən keçirilməsi və onlara dəyişiklik edilməsi, hüquqi yoxlama hesabatlarının hazırlanması, müştərilərə lisenziya və icazələrin qorunub saxlanılması kimi mövzularda dəstək göstərilməsi, hüquqi şəxslərin təsisi və yenidən təşkili, həmçinin iş və yaşama icazələrinin əldə olunması daxildir.

Əsas Fəaliyyət Sahələri
  • Müqavilələr;

  • Korporativ Hüquq;

  • Miqrasiya Hüququ;

  • Əqli Mülkiyyət

Dillər
  • İngiliscə;

  • Rusca;

  • Türkcə;

  • Azərbaycanca

Təhsil

  • Sankt-Peterburq Dövlət Dəniz Texniki Universiteti - Hüquq üzrə Bakalavr

Əsas Nailiyyətlər
  • Bir beynəlxalq təşkilat üçün alternativ enerji məsələləri ilə bağlı hüquqi təhlil hesabatının hazırlanmasına öz töhfəsini vermişdir;

  • Tanınmış bir xarici qazma şirkətinə etibarlı korporativ strukturun qurulması və sağlam işgüzar fəaliyyətin formalaşdırılması üzrə məsləhət və dəstək vermiş, onların yerli qanunvericiliyin tələblərinə uyğunluğunu təmin etmişdir;

  • Xarici bir hazır qida restoranlar şəbəkəsi barədə hərtərəfli hüquqi yoxlama üzrə hesabatın tərtibinə öz töhfəsini vermiş, əmək hüququ məsələlərinə fokuslanmaqla öz məsləhət və tövsiyələrini qeyd etmişdir;

  • Azərbaycanda sistem avadanlıqları üzrə ixtisaslaşan xarici investisiyalı bir tikinti şirkətinin işçiləri üçün iş və müvəqqəti yaşama icazələri əldə etmiş, onların immiqrasiya qanunvericiliyinə və tənzimləmələrinə riayət etməsini təmin etmişdir;

  • Azərbaycanda mühüm bir körpü tikinti layihəsi çərçivəsində ləvazimat təchizi, işçilər üçün ləvazimat və avadanlıqların icarəsi və mühəndislik xidmətləri ilə əlaqədar müqavilələrin tərtibi və analizi də daxil olmaqla, ətraflı hüquq dəstək göstərmişdir.

bottom of page