Vergi Uyğunluğu və Mühasibatlıq
Biznesin idarə edilməsində vergi məsələlərinə nəzarət və mühasibatlıq mühüm rol oynayır. Belə nəzarət və düzgün mühasibatlıq gəlir və xərcləri izləmək, onların qanuna uyğunluqlarını təmin etmək, investorlara, idarəedicilərə biznes qərarlarının qəbul edilməsi habelə dövlət orqanlarına maliyyə məlumatlarını düzgün çatdırmaq baxımından mühümdür. VLM-in vergi komandası tərəfindən göstərilən mühasibat və vergi xidmətləri şirkətlərin yuxarıdakı ehtiyaclarını ödəyir və onlara bizneslərini idarə etmək və gələcəyi planlaşdırmaq üçün imkan yaradır.
VLM tərəfindən təklif olunan mühasibatlıq və vergi xidmətləri aşağıdakılardır:
-
Vergi uçotunun idarə olunması;
-
Hesablaşmaların sənədləşdirilməsi;
-
Pul köçürmələrinin icrası;
-
Əmək haqqı prosesləri;
-
Vergi məsləhətləri;
-
Vergi hesabatları və ƏDV bəyannamələri;
-
Vergi auditi dəstəyi.