Cəmilə Məcidli
Baş Hüquqşünas
Cəmilə korporativ hüquq və antiinhisar hüququ üzrə önəmli təcrübəyə malik baş hüquqşünasımızdır. O, komandamıza qoşulmazdan öncə beynəlxalq hüquq firmalarından birində çalışmış və Azərbaycan Sənaye Korporasiyasında (ASK) baş hüquqşünas kimi fəaliyyət göstərmişdir. Bundan əlavə, o, Hüquq Hazırlıq Mərkəzində rəqabət hüququ üzrə təlimçi kimi də çıxış etmişdir.
Cəmilə VLM-də müştərilərimizin mürəkkəb antiinhisar, birləşmə və satınalma, məlumatların qorunması, hüquqi uyğunluq, əmək, korporativ və müqavilə məsələlərinin həllində əvəzsiz rol oynayır. O, öz dəyərli təcrübəsi ilə istehlak malları, enerji, fintex, tikinti və istehsalat sektorlarından olan şirkətlərə hərtərəfli hüquqi məsləhətlər verir.
Cəmilə spesifik müqavilələrin hazırlanması, sahibkarları dövlət orqanlarında təmsil edilməsi və lisenziyalaşdırma və digər inzibati proseslərin aparılması üzrə mühüm bacarıqlara malikdir. O, əlavə olaraq, müştərilərimizə Azərbaycanda patentlər və əmtəə nişanlarının əldə edilməsində dəstək göstərir.
Əsas Fəaliyyət Sahələri
-
Rəqabət Hüququ
-
Korporativ Hüququ
-
Birləşmə və Satınalmalar
-
Əqli Mülkiyyət Hüququ
-
Müqavilələr
-
Əmək Hüququ
-
Məlumatların Qorunması
-
İstehlakçıların Qorunması
-
Hüquqi Uyğunluq
Dillər
-
İngiliscə;
-
Türkcə;
-
Azərbaycanca
Təhsil
-
Bakı Dövlət Universiteti - Dəniz və Enerji Hüququ üzrə Magistr;
-
Bakı Dövlət Universiteti - Hüquq üzrə Bakalavr
Əsas Nailiyyətlər
-
I