top of page
Vugar Mammadov | Managing Partner | VLM and Partners

Vüqar Məmmədov

İdarəedici Partnyor

  • LinkedIn

Vüqar enerji, maliyyə, bank, istehlak bazarları, pərakəndə ticarət və istehsalat kimi fərqli sektorlarda 20 ildən yuxarı təcrübəsi ilə yerli və beynəlxalq müştəriləri özünəməxsus nou-hau ilə təmin edir və onları istiqamətləndirir. O, ilk öncə PwC Azərbaycanın hüquq və vergi xidmətlərində fəaliyyət göstərməklə geniş təcrübə əldə etmişdir. Daha sonra, Deloitte Azərbaycanın Hüquq Xidmətlərini formalaşdırması və ona rəhbərlik etməsi üçün dəvət edilmişdir.

Vüqar 2022-ci ildən etibarən Şenjen Beynəlxalq Arbitraj Məhkəməsində (SCIA) arbitr kimi fəaliyyət göstərir.

Vüqar mürəkkəb biznes və ticarət əməliyyatları, birləşmələr və qoşulmalar, yenidən təşkil və konsolidasiyalar, layihələrin maliyyələşdirilməsi sahələrində məsləhətlər verir. O, öz hüquq, vergi və biznes təcrübəsini tranzaksiyaların sənədləşdirilməsi, danışıqlar, hüquqi yoxlama və müştərilərin əqdləri ilə bağlı maliyyə məsələlərinin həlli üçün tətbiq edir.

O, İsveçrə və Birləşmiş Krallığın müxtəlif məhkəmə və arbitraj orqanlarında, eləcə də, Birləşmiş Krallıq Milli Kriminal Agentliyində (NCA) hüquqi expert kimi çıxış etmişdir. 

Vüqar bir sıra dövlət-özəl tərəfdaşlığı layihələrində onların qeydiyyatı və əməliyyatların aparılmasına dəstək, hüquqi rəylərin verilməsi, korporativ yoxlamaların aparılması və digər məsələlərlə bağlı məsləhətlər verməklə aktiv şəkildə iştirak etmişdir. Əlavə olaraq, o, müştərilərə investisiyaların qorunması, beynəlxalq xüsusi hüquq və digər sahələrdə bələdçilik edir.

Əsas Fəaliyyət Sahələri
  • Beynəlxalq Korporativ Strukturlaşdırma;

  • Birləşmələr və Qoşulmalar;

  • Korporativ və Hüquqi Təhlil;

  • Vergi Hüququ;

  • Layihələrin Maliyyələşdirilməsi;

  • İnvestisiyaların Qorunması;

  • Kapital Bazarları;

  • Dövlət-Özəl Tərəşdaşlığı;

  • Enerji Hüququ;

  • Mübahisələrin Həlli

Dillər
  • İngiliscə;

  • Rusca;

  • Türkcə;

  • Azərbaycanca

Təhsil

  • Rotterdam Erasmus Universiteti - LL.M, Beynəlxalq Biznes və Ticarət Hüququ;​

  • Qafqaz Universiteti - Hüquq üzrə Bakalavr

Əsas Nailiyyətlər
  • Xarici bir şirkəti ICSID qarşısında uğurla təmsil etmişdir;

  • Tanınmış bir xarici korporasiyanın Azərbaycanda yenilənən enerji sahəsində dövlət-özəl tərəfdaşlığı layihəsində iştirakını təmin etmişdir;

  • Xarici bir ölkənin yenilənən enerji qanunvericiliyi ilə bağlı ətraflı hüquqi təhlil hazırlamış və onların hüquqi bazasının təkmilləşdirilməsi üçün hüquqi və strateji məsləhətlər vermişdir;

  • Beynəlxalq bir neft-qazma şirkətinə ətraflı hüquqi dəstək göstərmiş, onların bir dövlət şirkəti ilə strateji əməkdaşlığa başlamasını və Xəzər Dənizində qazma layihəsinə cəlb olunmasına kömək etmişdir; 

  • Böyük bir neft-qaz şirkəti üçün peşəkarlıqla Hasilatın Pay Bölgüsü Müqavilələrinin vergi və gömrük protokollarını hazırlamışdır;

  • Qabaqcıl Fransız və İtalyan banklarına Azərbaycanda nəhəng bir sənaye şirkətinin maliyyələşdirilməsi ilə bağlı məsləhətlər vermişdir;

  • Azərbaycanda iri neft-qaz şirkətlərindən biri ilə bağlı peşəkar hüquqi yoxlama aparmışdır;

  • Məşhur bir beynəlxalq hava yolları şirkətinə önəmli məbləğdə vergi cəriməsinin ləğv etdirilməsində uğurla kömək etmişdir;

  • Dünyaca tanınmış bir logistika şirkətinə korporativ məsələlərlə bağlı mühüm hüquqi məsləhətlər vermişdir;

  • Nəhəng bir xarici neft-qaz şirkətinə mürəkkəb korporativ strukturizasiya məsələləri ilə bağlı strateji məsləhətlər vermişdir;

  • Azərbaycan mərkəzli bir istehsalat şirkətinə birləşmə və qoşulmalar prosedurları boyu bələdçilik etmişdir;

  • Dünyaca məşhur bir texnologiya şirkətinə investisiyanın qorunması məsələləri ilə bağlı məsləhətlər vermişdir;

  • Dünyanın ən böyük sığorta şirkətlərindən birinə Azərbaycanda sığorta tənzimləmələri ilə bağlı ekspert dəstəyi göstərmişdir;

  • Hasilatın Pay Bölgüsü Müqavilələrindən birində tərəflərin dəyişməsi prosesinə dəstək göstərmişdir;

  • Bir çox beynəlxalq investorlara Azərbaycan şirkətlərinə investisiya yatırmaları ilə əlaqədar dəstək göstərmişdir.

bottom of page