top of page
Vusala Babayeva-Nazirli | Senior Associate | VLM and Partners

Vüsalə Babayeva-Nəzirli

Baş Hüquqşünas

  • LinkedIn

Vüsalə VLM-in hüquq komandasında baş mütəxəssislərdən biridir. O, öz peşəkar karyerasına Azərbaycan Milli Elmlər Akademiyasında İnsan Resursları mütəxəssisi olaraq başlamışdır. O, komandamıza qoşulmazdan əvvəl bank olmayan kredit təşkilatlarından birində geniş hüquqi təcrübəyə yiyələnmişdir.

Öz bariz biliyi və bacarıqları ilə Vüsalə, VLM-də hüquqşünas kimi  tikinti, neft-qaz, istehsalat və başqa biznes sektorlarından müştərilərin hüquqi maraqlarını mühafizə edir.

Vüsalə müştərilər üçün müqavilələrin, korporativ və əmək sənədləşmələrinin, distribütor və françayzinq əqdlərinin və digər sənədlərin hazırlanması, razılaşdırılması və nəzərdən keçirilməsində əvəzsiz rol oynayır. O, hüquq və vergi yoxlamalarında aktiv şəkildə yer alır. Vüsalə özünün əmək və insan resursları sahələrində təcrübəsinə dayanaraq müştərilərin mürəkkəb hüquq və İR məsələlərinin həllinə töhfə verir.

Əsas Fəaliyyət Sahələri
  • Müqavilələr;

  • Korporativ Hüquq;

  • Beynəlxalq Korporativ Strukturizasiya;

  • Biznesin Yenidən Təşkili;

  • Hüquqi Uyğunluq;

  • Kapital Bazarları;

  • Birləşmələr və Qoşulmalar;

  • Əmək və Miqrasiya Hüququ

Dillər
  • İngiliscə;

  • Rusca;

  • Türkcə;

  • Azərbaycanca

Təhsil

  • Bakı Dövlət Universiteti - Beynəlxalq Hüquq üzrə Magistr;​

  • Bakı Dövlət Universiteti - Hüquq üzrə Bakalavr

Əsas Nailiyyətlər
  • Birləşmiş Krallıq Milli Kriminal Agentliyinin (NCA) dəvəti ilə Birləşmiş Krallıq məhkəmələrində Azərbaycan üzrə hüquqi ekspert kimi çıxış etmişdir;

  • Aparıcı beynəlxalq daşıma və logistika şirkətlərindən birinə nizamnamə kapitalının artırılması prosesində hüquqi bələdçilik etmişdir;

  • Beynəlxalq bir mineral su istehsalçısına direktor dəyişikliyi və nizamnamə kapitalının artırılması prosesində dəstək göstərmişdir;

  • Azərbaycanda iri balıqçılıq müəssisəsi və un məmulatları mağazalar şəbəkəsinin alğı-satqısı prosesində onların hüquqi yoxlanışını həyata keçirmişdir;

  • Azərbaycanda ən böyük şirniyyat mağazaları şəbəkələrindən biri üçün İR hesabatı hazırlamışdır;

  • Tanınmış bir beynəlxalq tikinti şirkətinə gündəlik olaraq İR dəstəyi göstərmişdir.

bottom of page